Sumqayıtda avtoqəza baş verib.
Sumqayit24.az xəbər verir ki, "Daewoo" markalı minik avtomobili və “MAN” markalı yük maşını toqquşub. Nəticədə bir nəfər deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində həmin şəxs çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.