Sumqayıtda ağır qəza baş verib.
Sumqayit24.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. “Kia” minik avtomobili “DAF” markalı yük maşını ilə toqquşub. Nəticədə birinci bordürə çırpılaraq aşıb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir.