Sumqayıtda kişi döyülüb.
İqtisadiyyat.аz-ın məlumatına görə, hadisə Stansiya Sumqayıt yaşayış massivində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rasim Seyfullayev aralarında baş vermiş münaqişə zəminində 1965-ci il təvəllüdlü Rəhim Mustafayevə kənd təsərrüfatında istifadə olunan alətlə xəsarət yetirilib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 1965-ci il təvəllüdlü şəxs (kişi cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Ona kəllədaxili travma diaqnozu təyin edilib. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.