Ramazan bayramı ilə əlaqədar Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsinin əməkdaşları ahıllara sovqatlar çatdırıblar. Sumqayıt24 bu haqda Azərbaycan QAC-ın Facebook səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, “Paşa Bank” ASC də sovqatların hazırlanmasında öz dəstəyini əsirgəməyib. Buraya gələn ahıllar bölmənin əməkdaşlarına və dəstəkçilərə göstərilən qayğı üçün təşəkkür ediblər.
Qeyd edək ki, yataq xəstələrinin sovqatları evlərinə çatdırılıb.