Sumqayıtda xeyirxah insan ahıllara dəstək göstərib. Bu haqda 6 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Adının hallanmağını istəməyən şəxs tərəfindən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 15 nəfər ehtiyaclı ahıla qurban payı verilib.
Bölmə sədri Mətanət Məhərrəmova öz adı və kollektiv adından xeyirxah kəsə minnətdarlığını bildirib. Ahıllar isə ona öz xeyir-dualarını çatdırıblar.