Mərkəzi Uşaq Kitabxanasında “Elm və mədəniyyət təbliğatçısı” adlı tədbir baş tutub. Sumqayıt24 bu barədə 6 yanvar tarixində Mədəniyyət Xəbərlərinə istinadən məlumat verir.
Əli Nəzminin 145 illik yubileyi münasibətilə keçirilən tədbirdə 18 nömrəli tam orta məktəbin 6b sinif şagirdləri iştirak ediblər. Kitabxana mütəxəssisi Səbinə Qasımova məktəblilərə şairin həyatdakı və poeziya aləmindəki rolundan, eləcə də haqqında yazılan əsərlərdən ibarət kitab sərgisindən məlumat verib. Şagirdlər ölməz satirikin bu gün də sevilə-sevilə oxunan şeirlərindən nümunələr oxuyub, təhlil ediblər.