Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir keçirilib. Bu haqda bu gün, 4 aprel tarixində məktəbin sosial şəbəkə hesabına istinadən xəbər veririk.
Tədbirdə Aprel qazilərimizdən Ruslan Rzayev, Pərviz Əsgərzadə, Müzəffər Bahadırov, Vahab Vahabov iştirakçılar ilə xatirələrini bölüşüblər. Görüşdə şagirdlər şeirlər söyləyib, “İgid əsgər" mahnısı səsləndiriblər. Sonda isə videoçarx nümayiş olunub.