top
Sumqayıtda ər arvadına şiddət göstərdi — TƏFƏRRÜAT
13 mart 2025, 06:13
- ↺ +

Sumqayıtda ər arvadına şiddət göstərdi — TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Vəfadar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mələyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində baş verib. Vəfadar orada yerləşən fərdi yaşayış evində olan zaman yumruqla arvadının başına, burun nahiyyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Vəfadarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəfadar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mələk həyat yoldaşı, Bahar isə qayınanasıdır: “Mələklə 2022-ci ildə evlənmişik. Birgə nikahımızdan 2023-cü il təvəllüdlü bir azyaşlı övladımız var. Ailə qurduqdan sonra normal münasibətlərimiz olub. Şabran rayonunun kəndində valideyinlərimin evində birlikdə yaşamışıq. Hər ailədə olduğu kimi ara-sıra narazılığımız, söz-söhbətimiz olub. Təxminən 1 il əvvəl Şabran rayonunda yaşadığımız evdə aramızda baş vermiş münaqişə zamanı Mələyi döydükdən sonra o, barəmdə polisə şikayət etdi və acıq edərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan anasının yanına getdi və orada qaldı. Mən Mələklə barışmağa cəhd etmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə işdən evə gələndə Mələk nə üçün evə gec gəldiyini soruşub: “Mən Mələyə işdən gec çıxdığımı, sonra isə bərbərə gedərək saçımı kəsdirdiyimi bildirsəm də, Mələk mənə inanmayaraq başqa yerdən gəldiyimi bildirdi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı onun boynuna, başına və burun nahiyyəsinə əlim ilə zərbə vurdum. Səsə onun anası Bahar xala öz yaşadığı otaqdan çıxaraq bizim qaldığımız otağa gəldi. Qayınanam üstümə qışqırdı,  paltarımın yaxasından tutaraq məni evdən bayıra çıxardı. Sonra mən oradan çıxaraq Şabran rayonuna, öz evimizə getdim. Səhəri gün isə Mələk barəmdə polisə şikayət etdiyi üçün məni Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət etdilər”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mələyin sözlərinə görə, əri Vəfadar spirtli içkiyə meyilli insandır və valideyinlərinin sözü ilə daim evlərində söz-söhbət yaradıb, heç bir səbəb olmadan onu döyüb: “Mən Vəfadarın barəsində şikayətçi olmamışam. Hətta boşanmaq üçün məhkəməyə müraciət etsəm də, sonda barışmışıq. Sonuncu dəfə 2024-cü ilin may ayında Vəfadar məni Şabranın kəndində yaşadığımız evdə döydü. Mən bu barədə polisə şikayət etdim. Lakin, yenə övladımın xətrinə onu bağışladım, qızımı götürərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan valideyinlərimin yanına gələrək onlarla qaldım”.

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 22:20-də işdən evə gec gəldiyi üçün Vəfadardan harada olduğunu soruşub: “Vəfadar saçını kəsdirdiyini, usta tapa bilmədiyini dedi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Vəfadar yumruqla boynumun sol yan tərəfinə, başıma və burun nahiyyəmə zərbə ilə vuraraq məni döydü. Səsə bizimlə eyni evdə, başqa otaqda yaşayan anam gəldi. Anam Vəfadarın üstünə qışqırdı, onu evdən bayıra çıxard və bu barədə 102 xidmətinə zəng edərək məlumat verdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb. Bu səbəbdən Vəfadarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Dünən, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Dünən, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Oxşar xəbərlər