Sumqayıtda yoldakı vəziyyət sürücüləri təhlükələrlə üz-üzə qoyub.
Sumqayit24.az- a daxil olan məlumata görə, Koroğlu prospektində maşınların daimi hərəkət etdiyi yolda təmir işi yarımçıq qalıb.
Sakinlərin məlumatına əsasən “Azərsu” ASC təmir işləri ilə əlaqədar asvalt örtüyünü dağıdıb gedib. Hazırda da belə vəziyyət nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yaradır.
Vətəndaşlar aidiyyəti qurumlardan bu işlərin yekunlaşdırılmasını tələb edirlər.