Sumqayıtda avtomatik stansiyalar vasitəsilə monitorinq keçirilib. Sumqayıt24 bu haqda 1 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Məlumatların təhlilinə əsasən, dünən gün ərzində havada azot-4 oksidin miqdarı 1.3 dəfə normadan yüksək olub. Səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərdir.