Sumqayıtda marşrut avtobusunun sürücüsünün yol hərəkəti qaydalarını pozduğu iddia edilir.
Sumqayit24.az-a müraciət edən şikayətçinin sözlərinə görə, hadisə Bədəlbəyli küçəsi ilə Koroğlu prospektinin kəsişməsində baş verib.
Bildirilir ki, 9 nömrəli marşrut avtobusunun sürücüsü dönmə əməliyyatı zamanı hərəkət üstünlüyü olan avtomobilləri gözləməyərək manevrə başlayıb. Nəticədə avtobus düz istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin qarşısını kəsərək onların hərəkətinə maneə olub.
Şikayətçi avtobus sürücüsünün bu cür manevri təhlükəli vəziyyət yaratdığını əlavə edib.