Sumqayıtın əfsanəvi karateçisi Rafael Ağayev illər əvvəl ələ keçirilən rəsmi Instagram hesabını nəhayət geri qaytara bilib.
Ağayevin paylaşdığı məlumata görə, 2021-ci ildə oğurlanan hesabın görə apardığı uzunmüddətli mübarizə nəticə verib və səhifə yenidən onun idarəsinə keçib.
Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 11 qat Avropa çempionudur. Sumqayıtda anadan olan əfsanəvi karateçi Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.