Sumqayıtda ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin olunub. Bu barədə 10 yanvar tarixində Sumqayıt24 İcra Hakimiyyətinə istinadən xəbər verir.
Əlverişsiz hava şəraiti ilə əlaqədar şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazi qardan təmizlənib, digər zəruri addımlar atılıb. Gün ərzində yollarda nəqliyyatın hərəkətində məhdudiyyət olmayıb.
Sumqayıt şəhər Nəqliyyat İdarəsi tərəfindən marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət gücləndirilib.