Sumqayıtda piyada qəza zamanı ölüb. Sumqayıt24 bu haqda 9 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə dünən axşam 13-cü mikrorayonda, Babək küçəsində baş verib. 75 yaşlı Şirin Orucovu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib.
Araşdırma aparılır.