Sumqayıtda avtomobilin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report.az-ın məlumatına görə, qəza gecə saatlarında Samur-Abşeron kanalının Qurd dərəsi yaşayış massivindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Volkswagen” markalı minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.
Əraziyə dərhal polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.