Sumqayıt şəhərindəki Cəfər Cabbarlı küçəsində yol qəzası qeydə alınıb. Bu haqda 17 fevral tarixində Sumqayıt24-ə izləyicidən məlumat daxil olub.
Qəza ötən gün axşam radələrində 1-ci mikrorayon ərazisində baş verib. “Mercedes”lə “Kia” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “Kia” markalı maşının mühərrik hissəsi alışmağa başlayıb. Sakinlərin köməyi ilə alov söndürülüb.
Məlumata əsasən, alışan maşının sürücüsü xəsarət alıb.