Sumqayıtda elektronika mağazasında kampaniya keçiriləcək. Bu haqda bu gün, 19 iyul tarixində “Kontakt Home”-a istinadən xəbər veririk.
"Axşam bazarı" kampaniyası saat 21:00-dan 00:00-dək davam edəcək. Burada 3 saat ərzində nağd alışda 60%-dək endirimlər tətbiq ediləcək.
Aksiya 10-cu mikrorayonda yerləşən mağazada 22 iyul tarixində baş tutacaq.