Sumqayıtda kuryoz qəza baş verib. Bu barədə 30 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə dünən axşam saatlarında, 4-cü mikrorayon ərazisində qeydə alınıb. “Honda” markalı minik avtomobili “Mercedes”in üzərinə “dırmaşıb”. Xəsarət alan olmayıb. “Mercedes” markalı maşına ziyan dəyib. Əraziyə qaldırıcı kran və yol polisi əməkdaşları cəlb ediliblər.
Sürücünün sözlərinə görə, qəzaya səbəb ayaqqabının qaz pedalına ilişməsi olub.