Sumqayıtda aztəminatlı ailələr üçün aksiya keçiriləcək. Bu haqda bu gün, 20 iyul tarixində Sumqayıt24 “Bir Təbəssüm” Sosial Birliyinə istinadən xəbər verir.
21-31 iyul tarixlərində baş tutacaq aksiya zamanı aztəminatlı ailələrin uşaqları üçün geyim toplanılacaq. Yığılan geyimlər Bakıda və regionlarda yaşayan ailələrə veriləcək.
Geyimləri təhvil vermək üçün (055) 861-83-17 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Aksiya aztəminatlı ailələrə dəstək məqsədilə keçirilir.