Sumqayıtda 2 azyaşlı ölüb. Bu barədə Sumqayıt24 16 noyabr tarixində xəbər verir.
Hadisə şəhərin 18-ci mikrorayonu, bina 31-də qeydə alınıb. Daxil olan məlumata əsasən, ölənlər 4 yaşlı Əsra və bacısı, 6 yaşlı Aynaz Allahverdiyevalardır.
Azyaşlıların meyitləri müayinə olunması üçün ekspertizaya göndərilib.
Araşdırma aparılır.