Sumqayıtda azyaşlının bağlı qapı arxasında qalması barədə FHN-in "112" qaynar xəttinə məlumat daxil olub. Bu barədə 20 yanvar tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar tərəfindən mənzilin giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.