Sumqayıt şəhərində azyaşlı qız yolu keçərkən təhlükə ilə üzləşib. Sumqayıt24 bu haqda bu gün, 18 mart tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə Nəriman Nərimanov küçəsində “Eurosport” mağazasının qarşısındakı yolda qeydə alınıb. Belə ki, avtomobilin sürücüsü, avtobusun önündən qaçaraq çıxan azyaşlını vurmamaq üçün son anda əyləcə basıb. Görüntülər nəqliyyat vasitəsinin videoqeydiyyatçısında anbaan əks olunub.
Avtomobil daha sürətli hərəkət etsə idi, faciəvi sonluq qaçılmaz olardı.