Sumqayıtda pulsuz, əyləncəli tamaşa keçiriləcək.
Sumqayit24.az-a daxil olan məlumata görə, sabah, 4 sentyabr tarixində, saat 19:00 da Nəsimi adına Mədəniyyət və İstirahət parkında, Yaşıl teatrda tamaşa təşkil ediləcək.
Sənətland İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “Günəşim” Kukla Teatrının nəznində fəaliyyət göstərən “Düyməcik” Teatr-studiyası balacalara sevinc bəxş edəcək “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşası ilə çıxış edəcək.