Sumqayıtda “Fenix Trade” MMC-nin məhsulları məhv edilib. Bu haqda bu gün, 21 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər veririk.
Məlumata əsasən, şirkətin 1850 kq balıq məhsulları və alkoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda utilizasiya edilib. Məhsullar istehlaka yararsız idi və istifadə müddəti bitmişdir.
Daha öncə, adıçəkilən şirkətin 1.5 ton məhsulu məhv edilmişdir.