Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib. Sumqayıt24 bu haqda 16 fevral tarixində xəbər verir.
Tədbir dahi bəstəkar Qara Qarayevin yaradıcılığına həsr olunub. Burada bəstəkarın həyat və yaradıcılığından söhbət açılıb. Sonra Violin, fortepiano və xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri onun ecazkar musiqilərini səsləndiriblər.