Sumqayıt şəhəri, 13-cü mikrorayon sakinləri sahibkardan şikayət edirlər.
Sumqayit24.az-a müraciət edən vətəndaşlar, yaşadıqları bina 1B-nin düz qarşısında tualetin quraşdırıldığını deyirlər. Onlar sanitar qovşağın obyekt sahibinə məxsus olduğunu deyirlər:
“Tualeti düz aşağıda, binaya bitişik, pəncərənin altına qoyublar. Hələ yeraltı boru da çəkiblər. Qoxudan evlərimizdə otura bilmirik.
Bina sakinləri adında xahiş edirik, tədbir görülsün”.