Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Report.az-a Sumqayıt Tibb Mərkəzindən (STM) məlumat verilib.
Bildirilib ki, 2 nəfər Sumqayıt Tibb Mərkəzinin (STM) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
“Bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib”, - deyə məlumatda əlavə edilib.
Qeyd edək ki, hadisə ötən şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.