TƏBİB-in nümayəndələri Sumqayıtda bir sıra xəstəxanaları ziyarət edib. Sumqayıt24 bu haqda TƏBİB-in rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, İxtisaslaşdırılmış tibbi yardım xidmətinin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva və Multidistiplinar tibbi xidmətin təşkili şöbəsinin məsləhətçisi Ceyran Abdullayeva şəhərimizdə fəaliyyət göstərən 1 saylı Şəhər Xəstəxanası, Perinatal Mərkəz, Uşaq Xəstəxanası və Təcili Tibbi Yardım Xəstəxanalarında olublar.
Görüş zamanı rəhbərlik, müvafiq şöbə müdirləri, məsul tibb işçiləri ilə birlikdə tibb müəssisələrinə baxış keçirilib. Onları maraqlandıran suallara cavab verilib, irəli sürülən təkliflər dinlənilib.