Nizami Gəncəvi adına Kitabxanada “Bir tarixdə anılanlar” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 12 noyabr tarixində Sumqayıt MKS-ə istinadən xəbər verir.
Tədbir Azərbaycanın Milli Qəhrəmanları Oqtay Güləliyev və Mehman Sayadovun anım gününə həsr olunub. Burada Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən kitabxananın mütəxəssisi Səadət Allahverdiyeva qəhrəmanların həyatı, şərəfli döyüş yolu, torpaqlarımızın azadlığı uğrunda göstərdikləri şücaətlər haqqında bəhs edib. Sonda Vüqar Əsgərovun “Azərbaycanın Milli Qəhrəmanları” adlı kitabı haqqında da oxuculara məlumat verilib.