Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində "Biz" filminin nümayişi keçirilib. Bu haqda bu gün, 5 mart tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi xəbər verir.
41 dəqiqəlik əsər Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr edilib. Filmdə Vətən müharibəsində döyüşən Azərbaycan əsgərinin, eləcə də arxa cəbhədə vətənpərvər sadə vətəndaşların bu tarixi Qələbənin əldə olunmasında rolu əks etdirilib.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası tərəfindən hazırlanıb.