Sumqayıtda “Biznesə başla” mövzusunda təlim baş tutub. Sumqayıt24 bu haqda 27 iyul tarixində xəbər verir.
Görüş zamanı KOB İnkişaf Mərkəzinin (KOBİM) eksperti biznes ideyanın təyin edilməsi, bazar araşdırmasının aparılması və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi barədə ətraflı məlumat verib. Daha sonra büdcə planlaşdırılması, pul vəsaitlərinin idarə olunması və maliyyə savadlılığından söz açılıb.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.