Bərdə-Sumqayıt şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır.
Sumqayit24.az xəbər verir ki, sənədlər 30 oktyabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən noyabrın 7-də baxılacaq.