Sumqayıtda dövlət mənzil fonduna aid doqquzmərtəbəli yaşayış binalarında yeni liftlər quraşdırılacaq.
Bu barədə İqtisadiyyat.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, 30 ədəd “Vertus VRTSMR” markalı liftin satınalınması və quraşdırılması nəzərdə tutulur.
İcra Hakimiyyəti liftlərin satınalınması və quraşdırılması ilə bağlı “Vertus Engineering Co.” MMC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, liftlərin alınması və quraşdırılması 1.484.914,95 manata başa gələcək.