Sumqayıtda yeni idarə yaradılır. Sumqayıt24 bu haqda President.az-a istinadən xəbər verir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Gənclər və İdman Nazirliyinin strukturunda dəyişiklik edilib. Qərara əsasən, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsi təsis edilir.