Sumqayıt qeyri-yaşayış sahələrinə dair bağlanmış yeni icarə müqavilələrinin sayına görə 3-cü yerdədir. Sumqayıt24 bu haqda Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Xidmət tərəfindən yanvar-may aylarında sözügedən sahə üzrə ən yüksək göstəricilərə sahib ərazi şöbələrinin adları açıqlanıb. Məlumata görə, bu müddət ərzində Sumqayıt şöbəsi üzrə 28 müvafiq müqavilə bağlanılıb.
Qeyd edək ki, ən yüksək göstərici Bakı ərazi şöbəsində olub – 153 müqavilə.