G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Sumqayıt24 bu haqda 6 fevral tarixində Dövlət İmtahan Mərkəzinə (DİN) istinadən xəbər verir.
Məlumata görə, 11 illik orta təhsil səviyyəsi üzrə imtahan 5 mart, 9 illik orta təhsil səviyyəsi üzrə imtahanın ilk hissəsi 16, ikinci hissəsi isə 30 aprel tarixində təşkil olunacaq.
Qeydlər:
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
- Hər imtahan günündən 5 gün əvvəl buraxılış vərəqələri DİM-in saytında yerləşdiriləcək.