Sumqayıt Dövlət Dram Teatrında “Burdan min atlı keçdi” adlı tamaşa nümayiş olunub. Bu haqda bu gün, 21 may tarixində SDU-ya istinadən xəbər veririk.
Tamaşa Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən nümayiş edilib. Əsər yazıçı-dramaturq, ictimai-siyasi xadim Hidayət Orucova məxsusdur. Pyesdəki hadisələr 1968-ci ildən bu günümüzə qədərki dövrü əhatə edir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rəssamı Vahid Mirzəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov və rejissor assistenti İmaməli İmaməliyevdir.