Sumqayıtda müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayıb. Sumqayıt24 bu haqda bu gün, 25 aprel tarixində Təhsil Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Sumqayıt şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər bütün ölkə üzrə yerdəyişmədə iştirak edə bilərlər. Lakin respublikanın digər bölgələrindən Sumqayıtda işləmək üçün ərizə göndərmək mümkün deyil.
Ərizələrin qəbulu bu gündən etibarən 4 may 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək.