Sumqayıtda yanğın hadisəsi baş verib.
Sumqayit24.az xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsində yerləşən, 25 yaşlı Cəbiyev Abdulla Valid oğluna məxsus çay evində qeydə alınıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.