Sumqayıtda Lüdviqshafen şəhərinin mütəxəssislərinin iştirakı ilə seminar keçirilib. Sumqayıt24 bu barədə 18 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
“Çirkləndirilmiş ərazilərin kadastrı” mövzusunda keçirilən tədbir Heydər Əliyev mərkəzində baş tutub. Çıxış edən İH-nin başçısının birinci müavini Teymur Səmədov bildirib ki, artıq 20 ildən çoxdur ki, Sumqayıt və Almaniyanın Lüdviqsafen şəhərlərinin mütəxəssisləri bir sıra sahələr üzrə müvəfəqiyyətlə əməkdaşlıq edir. Əməkdaşlıq edilən sahələrdən biri də çirkləndirilmiş ərazilər problemi olub.
Tədbir zamanı hər iki şəhər qərar verib ki, Sumqayıt şəhərinin çirkləndirilmiş ərazilərinin kadastrı hazırlansın və bu işlər artıq yekunlaşıb. Bu məsələ ilə bağlı koordinasiya şurası da yaradılıb.
Layihənin məqsədi Sumqayıt şəhərinin ən çirkləndirilmiş ərazilər baxımından sistemli qiymətləndirilməsində, eləcə də müvafiq və vacib sağlamlaşdırma tədbirlərinin aparılmasında yerli idarə, müəssisə və mülkiyyətçilərə dəstək verməkdir. Toplantı müzakirələrlə davam etdirilib.