Sumqayıtda "Əziz Şuşa, sən azadsan!" adlı ədəbi-bədii gecə keçirilib. Bu haqda bu gün, 11 aprel tarixində Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Məlumata əsasən, tədbir 2 nömrəli məktəbdə keçirilib. Görüşdə məktəbin rəhbərliyi, müəllim kollektivi, Təhsil Şöbəsinin əməkdaşı Təranə Seyfullayeva iştirak ediblər.
Şagirdlər şeirlər söyləyib, tamaşalar təqdim ediblər.