Sumqayıt şəhərində təhsil alan şagirdlər dərzi peşəsinə yiyələnə bilərlər. Bu haqda Peşə Təmayüllü Siniflər Facebook hesabında məlumat yayıb.
Layihənin əsas məqsədi şagirdlərin peşə üzrə ilkin bilik və bacarıqlara yiyələnməsidir. Peşə təmayüllü siniflərə orta təhsilin IX sinfini bitirmiş şəxslər qəbul ediləcəklər. Burada təhsil dövlət hesabına həyata keçiriləcək.
Maraqlananlar N.Tusi adına 12 nömrəli tam orta məktəbə və 29 nömrəli tam orta məktəbə müraciət edə bilərlər.