Sumqayıtda “Sum-art” adlı festival keçirilir. Sumqayıt24 bu haqda 15 iyun tarixində xəbər verir.
Poeziya evinin qarşısında təşkil olunan sərgi-satış yarmarkasında musiqi sədaları altında vətəndaşların əl işləri nümayiş olunur. Burada rəsm əsərləri, müxtəlif toxunma oyuncaqlar, dekorativ şamlar və s. satışa çıxarılıb. Onların qiyməti 3-50 manat aralığında dəyişir.
Qeyd edək ki, festivalda azyaşlıların əylənməsi üçün də güşə ayrılıb.
[modula id="16838"]