Dəniz kənarında yerləşən obyektin atmosferə zərərli maddələr atdığı məlum olub. Bu haqda bu gün, 7 iyul tarixində Report-a istinadən xəbər veririk.
Aparılan yoxlama zamanı istirahət mərkəzinin tüstü bacasına təmizləyici qurğuların quraşdırılmadığı müəyyən edilib. Qanun pozduğuna görə həmin obyektin sahibi Şəhriyar Məmmədov barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Ötən gün daha bir restoran barəsində protokol tərtib edilmişdir.