Sumqayıtda quş oğruları saxlanılıb.
Sumqayit24.az xəbər verir ki, Sumqayıtda iki nəfərin ümumilikdə 84 ədəd ev quşunun oğurlanması barədə polisə məlumat daxil olub.
Bildirilib ki, Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olmuş - 37 yaşlı Ş.Əhmədov və 39 yaşlı S.Məhərrəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.