Prezident İlham Əliyev yeni regional mədəniyyət idarəsinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Sumqayıt24 bu haqda 23 fevral tarixində President.az-a istinadən xəbər verir.
Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Sərəncamına dəyişiklik edib. Nəticədə yeni Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi yaradılıb.