Sumqayıt Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində dahi Bülbülün 125 illiyinə həsr olunan tədbir keçirilib. Bu barədə 28 dekabr tarixində Sumqayıt24 təhsil ocağına istinadən məlumat verir.
Tədbir dahi sənətkarın repertuarından olan A. Zeynallının "Ölkəm" romansı ilə başlayıb. Ardınca məktəbin fəal şagirdlərinin ifasında dahi sənətkarın repertuarından bir-birindən rəngarəng əsərlər səsləndirilib. Konsertdə məktəbin “Ümid” rəqs kollektivi, “Şəfəq" uşaq xoru və müəllimlərdən ibarət "Humay" xoru öz ifalarını nümayiş etdiriblər. Sonda qonaqlar ilə birgə xatirə fotoları çəkilib.