Sumqayıt şəhəri üzrə abadlıq işləri davam etdirilir. Bu haqda 6 fevral tarixində Sumqayıt24 xəbər verir.
İşlər şəhərin 2-ci mikrorayon ərazisində aparılıb. MKTİB-nin Abadlaşdırma üzrə Təmir -Tikinti İdarəsinin əməkdaşları bir neçə binanın dam örtüklərini, yağış sularının axıdılması üçün nəzərdə tutulmuş boruları təmir edib, eləcə də yararsız hissələrini yeniləyiblər.