Poliqonda baş vermiş yanğınla bağlı monitorinqlər keçirilib. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Hadisə ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar. İşçilər günün müxtəlif saatlarında monitorinq və ölçmə işləri aparıblar.
Aparılan ölçmələrə əsasən, havada dəm qazının miqdarı 1,5-1,7 dəfə normadan artıq olub. 27 noyabr saat 18:00-a olan monitorinq nəticələrinə əsasən, ərazidə hava keyfiyyət göstəriciləri norma daxilindədir.