“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Sumqayıtda görüş keçirib.
Sumqayit24.az xəbər verir ki, o, yerli sakinlərlə, eləcə də Xızı və Siyəzən rayonlarından gələn vətəndaşlarla görüşüb. İştirakçılar daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan bəzi məsələlər öz həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.